Çeçenistan rəhbəri Ramzan Kadırov yol polisi postuna hücumu təşkil edən və həyata keçirən ata və qardaşların respublikadan qovulması barədə göstəriş verib.
Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
"Onların əmlakı müsadirə edilməlidir. Bundan sonra onları maliyyələşdirən Ukraynaya işləməyə son qoymasalar, digər qohumları da qovulmalıdır. Eyni şey yol polisi postuna hücum edən şəxsə də aiddir", - respublika rəhbəri bildirib.
Kadırov əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hücumun təşkilatçılarını müəyyən ediblər. Onun sözlərinə görə, onlar Türkiyədə yaşayan Çeçenistan vətəndaşlarıdır.
"Üstəlik, bütün hərəkətlərə Ukrayna vətəndaşı rəhbərlik edir", - respublika rəhbəri vurğulayıb.
Xatırladaq ki, DYP-nin postuna hücum aprelin 7-də axşam saatlarında Kadırov küçəsindəki Açxoy-Martanda baş verib. Naməlum şəxs polis əməkdaşını bıçaqlayıb. Hücum edən şəxs hadisə yerində cavab atəşi ilə məhv edilib.
Hadisə nəticəsində polis ərazidəki yolları bağlayıb. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün əməliyyat tədbirləri təşkil edilib.
