Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Dünya ŞOKDA! Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq”
Dünya ŞOKDA! Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq”

Almaniyanın gələcək kansleri kimi göstərilən Fridrix Merts ABŞ prezidenti Donald Trampın ticarət siyasətinin dünyada yeni iqtisadi çətinliklərə yol aça biləcəyini düşünür.

O bu fikirlərini Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibə zamanı səsləndirib.

Merts bildirib ki, dünya iqtisadiyyatında böhran qaçılmazdır, lakin onun nə vaxt və hansı səbəbdən baş verəcəyini indidən dəqiq söyləmək mümkün deyil.

“Əgər Trampın kurs davam edərsə, böhran gözləniləndən daha tez başlaya bilər. Biz, avropalılar, bu riskə qarşı ciddi və əsaslandırılmış strategiya ilə hazır olmalı və cavab verməliyik”, – deyə, Merts vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti