Aprelin 18-də Ağ Evdəki andiçmə mərasimi zamanı gözələnilməz hadisə baş verib.
Publika.az xəbər verir ki, Prezident Donald Tramp sabiq kardiocərrah Mehmet Özün andiçmə mərasimi münasibəti ilə nitq söyləyərkən gənc bir qız Oval kabinetdə huşunu itirib.
Onun Doktor Mehmet Özün qohumu olduğu anlaşılıb. Doktor Öz dərhal qıza yardım göstərib. Hazırda qızın özünü yaxşı hiss etdiyi bildirilir.
Qeyd edək ki, türkəsilli amerikalı həkim və aparıcı Mehmet Öz həmin mərasimdə “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin (CMS) sədri elan edilib.