“Bu, Rusiya üçün qəbuledilməzdir”
Tarix: 19-04-2025, 13:58
Baxılıb: 125
Google+ Paylaş
Tumblr Paylaş

“Bu, Rusiya üçün qəbuledilməzdir”

19-04-2025, 13:58

“NATO hərbi kontingentinin Ukraynada görünməsi Rusiya üçün qəbuledilməzdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələr artıq hərbi planlaşdırma ilə məşğuldurlar, silahlı qüvvələrin baş qərargah rəisləri mümkün dislokasiya rayonlarının variantlarını müzakirə edir və bununla da Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaradır.
“Biz dəfələrlə təkrar etmişik və onlar bizi dinləmək istəməsələr də, biz yenə təkrar edəcəyik ki, NATO dövlətlərinin hərbi kontingentinin Ukrayna ərazisində görünməsi bizim üçün qətiyyən yolverilməzdir və onlar üçün mənfi nəticələr verəcək”, - Maslennikov vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ