Zelenski: “Atəşkəsdən sonra...”
Tarix: Dünən, 22:54
Baxılıb: 52
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski: “Atəşkəsdən sonra...”

Dünən, 22:54

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, atəşkəs əldə olunandan sonra rəsmi Kiyev istənilən formatda danışıqlara başlamağa hazırdır.
O, bu barədə YouTube üzərindən canlı yayımlanan brifinqdə danışıb.
Zelenskinin sözlərinə görə, hazırda ictimai məkanda hələ atəşkəs təmin olunmadan ərazi məsələlərinin müzakirəsi başlanıb ki, bu da problemli yanaşmadır: “Bu yanaşmada problemlər var. Bizim hələ atəşkəsə dair müsbət nəticəmiz yoxdur, amma artıq növbəti mərhələyə keçmək istəyirik. Bu, sanki bir kitabın ilk səhifəsini oxumadan ortasına keçib, onun mahiyyətini anlamağa çalışmaq kimidir”.
Prezident bildirib ki, Ukrayna müharibənin tezliklə bitməsini və ədalətli sülhün qurulmasını istəyir. Amma buna aparan yolda ilk və vacib addım qeyd-şərtsiz atəşkəs olmalıdır: “Əgər biz sadəcə ruslarla uzun-uzadı mübahisələrə girmək, atəş açılmadan digər şərtlərlə təzyiq altında qalmaq istəmiriksə, 'Minsk-3', 'Minsk-4', 'Minsk-5' kimi modellərə qayıtmaq fikrində deyilik. Bu müharibəyə bir piroq kimi baxmalı və bu böyük problemi hissələrə bölməliyik. Əgər nəyisə həll etmək istəyiriksə, bu yoldur”.
Zelenski əlavə edib ki, bu mərhələdə ərazilərin müzakirəsi Rusiyanın arzuladığı formatdır, çünki bu, danışıqların uzanmasına və müharibənin davam etməsinə gətirib çıxarır: “Rusiya ilə tez bir razılığa gəlmək yalnız təzyiq altında mümkündür”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ