Hindistanda dəhşət: 27 turist öldürüldü
Tarix: Dünən, 23:13
Baxılıb: 62
Google+ Paylaş
Tumblr Paylaş

Hindistanda dəhşət: 27 turist öldürüldü

Dünən, 23:13

Hindistanın şimalındakı Cammu və Kəşmir sərhədində baş verən atışmada azı 27 turist ölüb, iyirmiyə yaxını isə yaralanıb.
Məlumatı News18 telekanalı müdafiə və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yayıb.
Telekanalın məlumatına görə, ölənlər arasında ən azı iki əcnəbi var. Hakimiyyət hələ ki, ölən və yaralananların sayını rəsmi açıqlamayıb. "Bu hücum son illərdə mülki şəxslərə qarşı yönəldilmiş hücumlardan qat-qat böyükdür", - regionun rəhbəri Ömər Abdulla bildirib.
Hadisə Pahalqam ərazisində baş verib. Naməlum silahlı şəxslər Baysaran vadisində cığıra çıxan turistlərə atəş açıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri hadisə yerinə gedib. Hadisənin təfərrüatları araşdırılır. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.
Səudiyyə Ərəbistanında səfərdə olan Hindistanın baş naziri Narendra Modi daxili işlər naziri Amit Şah ilə telefonla danışaraq ondan bütün lazımi tədbirləri görməsini və hadisə yerinə getməsini istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, turistlərə hərbi geyimli bir neçə şəxs hücum edib. Onlar qaça biliblər. Hindistan təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və atəş açanları axtarır. Məlumata görə, hadisəyə görə məsuliyyəti Müqavimət Cəbhəsi qruplaşması öz üzərinə götürüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ