Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı səfiri Moctaba Amanini Tehranı Livanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.
Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb.
Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.
"Tərk-silah layihəsi ölkələrə qarşı açıq sui-qəsddir. ABŞ İsraili ən yeni silahlar və raketlərlə təchiz etməyə davam edir. Bununla yanaşı, müxtəlif bəhanələrlə digər ölkələrə təzyiq göstərir, onları arsenallarını azaltmağa və ya məhv etməyə çağırır", - telekanal onun sözlərini sitat gətirir.

Oxşar xəbərlər
- 8-12-2023, 17:14
Livan türkmənindən SENSASİON AÇIQLAMALAR:...
- 10-10-2024, 10:25
Tehrana zərbə AN MƏSƏLƏSİDİR - Dəhşətli...
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
- 17-10-2024, 01:21
150 min Livan ermənisi müharibə qasırğasında:...
- 21-04-2020, 17:25
Qafqazdan Afrikaya uçan terror......
Şərhlər