Hadisə aprelin 25-də baş verib. Anası Jodi Loe hadisə ilə bağlı verdiyi açıqlamada, paltar yuma zamanı qızına kapsulu verdiyini, arxasını çevirdiyi an isə Lukanın kapsulu dişlədiyini və kimyəvi maddənin dərhal gözlərinə sıçradığını bildirib. İlk yardımlar və uşağın dərhal suyun altına alınmasına baxmayaraq, qızın vəziyyəti ağırlaşıb. Luka 16 gün xəstəxanada qalıb və hal-hazırda sol gözündə görmə problemi davam edir.
Anası açıqlamasında "Deterjan kapsulları uşaqlar üçün çox cazibədar görünür, lakin onların əsl təhlükəsini çox az adam bilir" sözləri ilə digər valideynləri də diqqətli olmağa çağırıb.
Hadisədən sonra kapsul istehsalçısı Unilever şirkəti də açıqlama verərək "Uşaq təhlükəsizliyi bizim üçün prioritetdir" deyib./BAKU.WS