Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zəlzələ ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ: “Çox təhlükəlidir”
Zəlzələ ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ: “Çox təhlükəlidir”

İstanbulda daha zəlzələ olmayacağını demək çox təhlükəlidir”.
Bu sözləri türkiyəli professor Şükrü Ersoy CNN TÜRK-ə açıqlamasında deyib.
O qeyd edob ki, Mərmərədə zəlzələ qitələrarası problem yaradacaq:
“Mən deyirəm ki, Mərmərədə zəlzələnin qitələrarası problem yaradacaq. Bundan sonra İstanbulda zəlzələ olmayacağını demək çox təhlükəlidir. Siz, ümumiyyətlə, tarix oxumursunuz? Bizim bəxtimiz ondadır ki, bunlar həmişə yazılıb. Biz o dövrdən dağıntıların miqyasını başa düşürük. Bu tarixi faktlara baxaraq zəlzələnin reallığını görməzdən gəlmək düzgün deyil. “6,2 bal gücündə zəlzələ İstanbul zəlzələsi idi və oldu və bitdi” demək çox təhlükəlidir”.

Şərhlər