Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ xəbərdarlığı: Daha güclü olacaq
İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ xəbərdarlığı: Daha güclü olacaq

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə güclü hiss edilib.
Musavat.com "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Sakarya Universiteti Geofizika Mühəndisliyi Bölməsinin müdiri, professor Murat Utkucu İstanbulda baş verən zəlzələlərlə əlaqədar ciddi xəbərdarlıq edib.
O qeyd edib ki, bu hadisə daha güclü zəlzələnin xəbərçisidir:
"Gözlənilən İstanbul zəlzələsi var. Bunu yaradacaq fay xəttinin uzun illərdir qırılmayan və Kartaldan Silivriyə qədər uzanan hissəsi seysmik boşluq kimi tanınır.
Son zəlzələlər bu seysmik boşluğun qərb ucunda yerləşdiyi üçün zəlzələ təhlükəsi baxımından xəbərdarlıq sayıla bilər. Bu zəlzələ gözlənilən İstanbul zəlzələsinin xəbərçisidir”.
00300467-a4a9-4f03-852f-53baf0e6313b.jpeg (51 KB)

Şərhlər