Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkədən 1 ədəd qızılgülü 16 manata almışıq
Bu ölkədən 1 ədəd qızılgülü 16 manata almışıq

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 2 530 ədəd peyvənd edilmiş və edilməmiş qızılgül idxal olunub.
Ölkə bu güllərin idxalı üçün 7 380 ABŞ dolları xərc çəkib.
Məlumata görə, qızılgüllər əsasən İtaliya və Niderlanddan gətirilib. İtaliyadan 420 ədəd qızılgül idxal olunub və bunun üçün 4 110 dollar ödənilib. Beləliklə, İtaliyadan gətirilən bir qızılgülün qiyməti təxminən 9,79 dollar və ya 16 manat 64 qəpik olaraq hesablanıb. 
Niderlanddan isə 2 110 ədəd qızılgül gətirilib və bu güllərə görə 3 270 dollar xərc çəkilib. Buradan alınan hər bir qızılgül isə orta hesabla 1,55 dollara, təxminən 2 manat 64 qəpik başa gəlib.

Şərhlər