Rusiyaya qarşı ciddi sanksiyalar: Aİ və ABŞ-ın yeni planı
Tarix: 2-05-2025, 12:08
Baxılıb: 126
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya qarşı ciddi sanksiyalar: Aİ və ABŞ-ın yeni planı

2-05-2025, 12:08

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Bunu Fransanın xarici işlər naziri Jan Noel Baro "Frans Press" agentliyinə müsahibəsində deyib.

Yeni sanksiyalar Rusiyanı Ukraynada atəşi dayandırmaqdan imtinası və bu məsələdə ABŞ-dən dəstək alacağına ümid edəcəyi halda tətbiq ediləcək.

“Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə ABŞ-nin bu təşəbbüsünü dəstəkləyəcəyik və dünən mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya edək”, - Baro bildirib.

Bundan əvvəl respublikaçı senator Lindsi Qrem Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini təklif etmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ