Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Suriya prezidenti Makronun DƏVƏT ETDİ - Fransaya GEDİR
Suriya prezidenti Makronun DƏVƏT ETDİ - Fransaya GEDİR

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şəraa 7 may tarixində Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.
Bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Parisə səfəri çərçivəsində əş-Şəraa Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Mənbənin bildirdiyinə görə, Fransa lideri Parisin “yeni, azad, sabit və suveren” Suriya quruculuğuna dəstəyini bir daha təsdiqləyəcək.
Qeyd edək ki, hələ fevral ayının əvvəlində Makron Əhməd əş-Şəraaya Fransaya səfər dəvəti göndərib.

Şərhlər