Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkə Qələbə Gününü qadağan edə bilər: Bir nəfər də sağ qalmayıbsa...
Bu ölkə Qələbə Gününü qadağan edə bilər: Bir nəfər də sağ qalmayıbsa...

Moldova rəhbərliyi bir nəfər də olsun veteranın sağ olmadığını əsas gətirərək gələcəkdə Qələbə Gününü qadağan etməyə cəhd edə bilər.
Reportyor.tv xəbər verir ki, bu variantı “RİA Novosti” ilə söhbətində “Pobeda”nın əlaqələndirmə komitəsinin rəhbəri Aleksey Petroviç bildirib.
"Hakimiyyət çoxdan Qələbə Günü bayramını Anım və Kədər Gününə çevirmək istəyir. Biz bütün veteranlar öləndən sonra da bu bayramı qorumaq üçün əlimizdən gələni edəcəyik", - Petroviç deyib.
O qeyd edib ki, bunun qarşısını almaq üçün təhsil və mədəniyyət sahəsində dövlət siyasətinə diqqət yetirilməlidir.
“Ölkə uzun illərdir ki, gənclərin vətənpərvərlik tərbiyəsi proqramı olmadan yaşayır”, - komitə sədri əlavə edib.
Publika.az

Şərhlər