Türkiyənin Bursa şəhərində heyvan mənşəli yoluxucu xəstəlik yayılıb.
Hadisə Yenişehir rayonundakı Tabakhane məhəlləsində qeydə alınıb.
Xəstəliyin yayılmasından sonra məhəllədəki heyvan bazarı bir aylıq bağlanıb.
Həmçinin məhəllədə qeyri-müəyyən müddətə qədər karantin elan olunub.
Xəstəliyin insanlara keçib-keçməməsi barədə hələ ki məlumat yoxdur.
