ABŞ-də İsrail diplomatları öldürüldü, Tramp çağırış etdi
Tarix: 22-05-2025, 13:48
Baxılıb: 63
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-də İsrail diplomatları öldürüldü, Tramp çağırış etdi

22-05-2025, 13:48

Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb. 
Bu barədə ABŞ Daxili Təhlükəsizlik nazirliyinin rəhbəri Kristi Noem sosial şəbəkədə məlumat verib.
"İsrail səfirliyinin iki əməkdaşı axşam saatlarında (yerli vaxtla - red) Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında əsassız şəkildə öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - nazir deyib.
Atışma nəticəsində öldürülən İsrailli diplomatlarla bağlı hadisəyə reaksiya verən prezident Donald Tramp ictimaiyyəti antisemitizmə əsaslanan qətllərə son qoymağa çağırıb.
"Vaşinqtonda antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər dayandırılmalıdır", - Tramp deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ