Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrailin hücumu nəticəsində İranda neçə nəfər ölüb?
İsrailin hücumu nəticəsində İranda neçə nəfər ölüb?

İsrailin İrana hücumu nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Reportyor.tv xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb. “Nərməkdə (Tehranın şimal-şərqindəki rayon) zədələnmiş binadan 5 qurban və 20 yaralı çıxarılıb”, - mənbə bildirib.
Medianın verdiyi məlumata görə, hava hücumunun hədəflərindən biri yaşayış məntəqəsi olub. İranın yüksək rütbəli hərbçilərinin məskunlaşdığı yaşayış binalarına da hücum olub. Daha sonra İran rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Səlaminin, eləcə də iki aparıcı nüvə proqramı mütəxəssisi doktor Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.
publika

Şərhlər