İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Tarix: 24-06-2025, 22:15
Baxılıb: 142
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib

24-06-2025, 22:15

İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hazırda hərbçilərin diqqəti Qəzza zolağındakı döyüşlərə yönələcək.
"Report" xəbər verir ki, bunu İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunlarına görə deyib.
Hərbi komandan deyib ki, İsrail mühüm mərhələni başa vurub: "İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlər əsasında yeni mərhələyə qədəm qoyuruq".
Qeyd edək ki, iyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.
Reportyor.tv 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ