Çilinin dünyanın ən quraq çölü kimi tanınan Atakama səhrası cümə axşamı qarla örtülüb.
Reportyor.tv xəbər verir ki, bu barədə orada yerləşən ALMA rəsədxanasının nümayəndələri məlumat veriblər.
"İnanılmaz! Dünyanın ən quraq səhrası, Atakama qarla örtülüdür!", - rəsədxananın X sosial şəbəkəsindəki paylaşımında deyilir.
Yayımlanan videoda qeyd edilib ki, belə hadisə son on ildə ilk dəfə müşahidə olunur.
"Mercurio" qəzetinin məlumatına görə, meteoroloqlar bölgədə yağış və fırtınalı hava şəraiti proqnozlaşdırmışdılar.
Publika.az