İsrail ordusuna qanlı pusqu: 7 əsgər öldü
Tarix: Bu gün, 14:29
Baxılıb: 17
Google+ Paylaş
Tumblr Paylaş

İsrail ordusuna qanlı pusqu: 7 əsgər öldü

Bu gün, 14:29

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində İsrail əsgərlərinin yerləşdiyi iki zirehli maşına pusqu quraraq hücum edib.

Reportyor.tv xəbər verir ki, nəticədə biri zabit olmaqla 7 İsrail əsgəri həyatını itirib.

Hücum anı Qəssam briqadaları tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.
Qəssam Briqadalarının Telegram kanalında yayımlanan görüntülərdə Maan bölgəsində yerləşən Əli bin Əbi Talib məscidi yaxınlığında iki zirehli hərbi maşına hücum anı əks olunub. Görüntülərdə Qəssam döyüşçülərinin maşınlara yaxınlaşaraq üst lyuklara partlayıcı atdıqları və qısa müddət sonra güclü partlayışların baş verdiyi müşahidə olunur.
Qəssam Briqadaları açıqlamasında bildirir ki, hücum nəticəsində maşınlardan biri tamamilə yanıb, digər maşında isə ağır itkilər olub.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, hücum zamanı 605-ci Mühəndislik Batalyonunun 7 əsgəri həlak olub.
Musavat.com


01:0502:02


 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ