Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Saratov Neft Emalı Zavodu və hərbi aerodrom VURULDU
Saratov Neft Emalı Zavodu və hərbi aerodrom VURULDU

Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Saratov Neft Emalı Zavoduna, Saki aerodromunda pilotsuz uçuş aparatları anbarına və Rusiyanın digər hərbi obyektlərinə hücum edib.

Reportyor.tv xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Saratov Neft Emalı Zavodunda silsilə partlayışlar, ardınca bölgədə yanğın qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı əlavə edib ki, dəyən ziyan müəyyənləşdirilir.

Rusiya hakimiyyəti Saratov Neft Emalı Zavoduna hücum barədə məlumat verməyib. Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən xəbər verir ki, Saratov və hərbi aerodromun yerləşdiyi Engels şəhərində səhər saat 01:00-dan səhər saat 5:00-a qədər partlayış səsləri eşidilib.

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında Saratov vilayəti səmasında 30 pilotsuz təyyarənin vurulduğunu bildirib. Bu, Ukrayna Baş Qərargahı Payızın əvvəlindən Saratov Neft Emalı Zavodunda hücum barədə yeddinci dəfədir ki, məlumat verir.

"Reuters" xəbər verir ki, "Rosneft"ə məxsus neft emalı zavodu noyabrın 14-də təkrarlanan növbəti pilotsuz təyyarə hücumundan sonra neft emalını noyabrın 11-də dayandırıb. Agentlik sənaye mənbələrinə istinadən bildirib ki, zavodun fəaliyyəti ayın sonuna qədər dayandırılıb.

Saki aerodromunda (Novofedorovka, Krım) pilotsuz təyyarələrin saxlandığı anbara hücum da qeydə alınıb. Aerodromdakı bir neçə hava hücumundan müdafiə qurğusunun, o cümlədən "Pantsir-S1" və "TOR-M2"nin vurulduğu, "Orion" və "Forpost" dronlarının yerləşdiyi anqarın məhv edildiyi bildirilir. Rusiyanın hava hərəkətini idarəetmə mərkəzi və "KamAZ" hərbi yük maşını da Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulub.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk və Luqansk vilayətlərində yanacaq-sürtkü materiallarının anbarlarına ziyan dəydiyini bildirib.

Musavat.com

Şərhlər