
Gecə saatlarında pilotsuz uçuş aparatları Rusiyanın ən iri kimya müəssisələrindən biri olan “TolyattiAzot” zavoduna hücum edib.
Musavat.com xəbər verir ki, sözügedən müəssisə dünyanın ən böyük on ammonyak istehsalçısından biri hesab olunur və strateji sənaye obyektləri sırasında yer alır.
Hücumun nəticələri ilə bağlı rəsmi detallar açıqlanmasa da, hadisə Rusiya sənaye infrastrukturu üçün ciddi siqnal kimi dəyərləndirilir.
Eyni gecə Orlov vilayətində raket təhlükəsi elan olunub. Vilayətin qubernatoru Andrey Klıçkov hücumdan sonra kommunal infrastruktura aid bir obyektin zərər gördüyünü bildirib. Rəsmi açıqlamada obyektin adı çəkilməsə də, yerli sakinlər sosial şəbəkələrdə Orlov İstilik Elektrik Stansiyasının (İES) hücuma məruz qaldığını yazırlar.
Hadisələr fonunda Rusiya regionlarında hava hücumları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.






Şərhlər