
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə ərzində ölkənin 12 bölgəsi və Azov dənizi üzərində 141 Ukrayna stasionar qanadlı pilotsuz təyyarəsini məhv edib.
Reportyor.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Bryansk bölgəsi üzərində düşmənin 62 dronu vurulub. Tula bölgəsi üzərində 12 Ukrayna dronu, Kaluqa bölgəsi üzərində isə 11 dronu məhv edilib.
Moskva bölgəsi üzərində də doqquz Ukrayna PUA-sı zərərsizləşdirilib. Bundan başqa dronlardan 8-i Adıqey, 7-si isə Krasnodar diyarı üzərində vurulub.
Məlumat görə, Krım və Rostov vilayəti üzərində altı, Belqorod və Voronej vilayətləri üzərində isə hər birindən beş Ukrayna PUA-sı endirilib. Azov dənizi üzərində də eyni sayda Ukrayna PUA-sı vurulub.
Müdafiə Nazirliyi həmçinin Kursk bölgəsi üzərində daha dörd dronun, Volqoqrad bölgəsində isə bir dronun məhvi haqqında məlumat yayıb.
Publika.az






Şərhlər