Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İtkilər barədə ziddiyyətli rəqəmlər: SEPAH 560, Vaşinqton isə 3 hərbçinin öldüyünü deyir
İtkilər barədə ziddiyyətli rəqəmlər: SEPAH 560, Vaşinqton isə 3 hərbçinin öldüyünü deyir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın raket zərbələri nəticəsində ABŞ ordusunun canlı qüvvəsinə ağır zərbə endirildiyini iddia edir.

Reportyor.tv xəbər verir ki, İran tərəfinin məlumatına görə, Bəhreyn və digər regional bazalara edilən hücumlarda 560-dan çox ABŞ hərbçisi ölüb və yaralanıb.

İranın "Tasnim" xəbər agentliyi daha bir sensasiyalı iddia ilə çıxış edərək, Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) endirilən raket zərbəsi nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) 6 yüksək rütbəli zabitinin məhv edildiyini bildirib.

SEPAH-ın rəsmi bəyanatında dəniz əməliyyatlarına da toxunulub:

Fars körfəzi və Hörmüz boğazı sularında ABŞ və Böyük Britaniyaya məxsus 3 neft tankerinə raket zərbələri endirilib.

Vaşinqtonun rəsmi mövqeyi:

ABŞ tərəfi bu rəqəmləri hələlik təsdiqləmir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl yaydığı məlumatda hücumlar nəticəsində cəmi 3 amerikalı hərbçinin həlak olduğunu, 5 nəfərin isə yaralandığını bildirib. Tərəflər arasındakı bu kəskin rəqəm fərqi regionda informasiya müharibəsinin də pik həddə çatdığını göstərir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti