
ABŞ Prezidenti Administrasiyasının mətbuat katibi Kerolayn Levit bəyan edib ki, İran rejimi öz hərəkətlərinə görə “qanla cavab verir”.
Reportyor.tv xəbər verir ki, o yaxın saatlarda ABŞ-nin İranın hava məkanına tam nəzarəti ələ keçirəcəyini bildirib.
Levit həmçinin qeyd edib ki, əvvəl ABŞ vasitəçiləri İrana sanksiyaların aradan qaldırılması və sivil nüvə proqramında investor kimi iştirak təklifi edib. “Yeganə şərt İran uranın zənginləşdirilməsindən imtina etməsi idi. İran bu təklifi rədd edib. Onların əsas məqsədi nüvə silahı hazırlamaq idi”, - deyə Levit bildirib.
Nigar
Musavat.com






Şərhlər