
Dünyanın çalxalandığı bir vaxtda Şimali Koreya lideri Kim Çen In ABŞ-yə yönələn sərt açıqlamalar verib.
Reportyor.tv-nin xəbərinə görə, o bildirib ki, ölkəsinin nüvə imkanları çox güclüdür.
Kim Çen In nüvə silahlarının istənilən an istifadəyə hazır olduğunu vurğulayaraq ABŞ-yə açıq mesaj göndərib. O deyib:
“Nüvə düyməsi hər zaman masamın üstündədir. ABŞ-nin bütün əraziləri nüvə hücumumuzun mənzili daxilindədir”.
Şimali Koreya lideri iddia edib ki, ölkəsi ABŞ-dəki hədəflərə əvvəlcədən xəbərdarlıq etmədən zərbə endirə biləcək imkanlara malikdir.
Kim Çen In əlavə edib ki, düşmənləri “bitməyən qorxu hissi yaşayacaq”.
Musavat.com






Şərhlər