Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Etna vulkanı püskürdü, hava limanı bağlandı
Etna vulkanı püskürdü, hava limanı bağlandı

İtaliyanın Kataniya şəhərində hava limanı fəaliyyətini dayandırıb.
reportyor.tv xəbər verir ki, buna səbəb şəhərin ətəyində yerləşdiyi Etna dağından vulkanın püskürməsidir.
Vulkanın havaya atdığı vulkan külləri uçuş zolağına çöküb. Mütəxəssislər belə bir şəraitdə təyyarələrin qalxıb enməsinin sərnişinlər və tərəflərin texniki vəziyyəti üçün təhlükəli olduğu qənaətinə gəliblər.
Nəticədə Kataniya hava limanında uçuşların bir hissəsi ləğv edilib, digər hissəsi isə başqa hava limanlarına yönləndirilib.

Şərhlər