Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Sürətli iqlim dəyişikliyi bəşəriyyətin FƏLAKƏTİNƏ səbəb olacaq
Sürətli iqlim dəyişikliyi bəşəriyyətin FƏLAKƏTİNƏ səbəb olacaq

Kolorado Universitetinin alimləri gələcəkdə karbon qazı konsentrasiyasının artmasının insanlarda zəkanın və kompleks strateji düşüncənin azalmasına səbəb ola biləcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, qlobal istiləşmə səbəbilə bəşəriyyətin qaçılmaz zəka geriliyinin səbəblərini ortaya qoyan araşdırmanın nəticələri “GeoHealth” jurnalında dərc edilib.
Əsrin sonuna qədər insanlar 1400 ppm-ə çatacağı təxmin edilən yüksək miqdarda karbon qazının təsirinə məruz qalacaqlar ki, bu da havadakı mövcud konsentrasiyadan üç dəfə çoxdur. Nəticədə qanda həll olunan karbon qazının miqdarı artacaq və beyinə oksigen axını azalacaq. Bu da yuxusuzluq yaratmaqla yanaşı, zehni fəaliyyəti poza bilər.
Mütəxəssislər proqnozlaşdırır ki, davamlı antropogen karbon yanması səbəbilə iqlim dəyişikliyinin fəlakətli ssenarisinə əsasən, açıq havada karbon qazının səviyyəsi 930 ppm-ə çatacaq, şəhər yerlərində isə əlavə olaraq 100 ppm artacaq. Ekspertlərin fikrincə, istixana qazı konsentrasiyasının artması planlaşdırma və qərar vermək qabiliyyətini müvafiq olaraq 20-50% azaldır.
Aytən Məftun

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti