Raqub Məmmədov şokda,işlər fırıqdır….Teylor Fətişoğlu yazır:
Tarix: 4-07-2020, 12:33
Baxılıb: 671
Google+ Paylaş
Tumblr Paylaş

Raqub Məmmədov şokda,işlər fırıqdır….Teylor Fətişoğlu yazır:

4-07-2020, 12:33

Ölkədə baş verən proseslər,neqativ hallara,korrupsiyaya qarşı sərt mübarizə vəzifədən alınmış köhnə icra başçılarının da yuxusunu ərşə çəkərək onlarıda bərk qorxuya salıb.İri çaplı məmurların,bəzi icra başçılarının qanunazidd,rüşvət,korrupsiya əməllərinə görə ard-arda həbs olunmaları Ağdamın vəzifədən alınmış sabiq icra başçısı korrupsiya,rüşvət ustası,hibrid-aqronom-polkovnik Raqub Məmmədovunda yuxusunu ərşə çəkərək,qorxuya salıb.Vəzifə dönəmində Ağdam rayonunun büdcəsini korrupsiya əməlləri ilə talayıb rayonda rüşvəti,dələduzluğu həyat tərzinə çevirən Raqub Məmmədovun rayon sakinləri olan Hətəmov Rafil,Məmmədov İsmayıl və digərlərinə vəzifə vədləri verərək külli məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirib insanlara zülm yaşatmasından,çoxlu sayda qan donduran əməllərindən mətbuatda dəfələrlə yazılıb xəbərlər tirajlansada himayədarlarına arxalanan adam hələki sudan quru çıxa bilir.Eldar Mahmudovun süqutundan sonra Əli Həsənovun kölgəsinə sığınmış Raqub Məmmədovun növbəti dəfədə bəxti gətirmir,hamisinin başının üstünü qara buludlar aldığından adamın bu dəfə qanun qarşısında cavab verəcəyi qaçılmazdır.Raqub Məmmədovun Tərtər olayları,Ağdam rayonunda yol verdiyi büdcə talamaları,rüşvət,korrupsiya,dələduzluq əməlləri,rayon sakinləri Rafil Hətəməvun,İsmayıl Məmmədovun,digərlərinin dələduzluqla pullarını mənimsəyib günahsız insanları həbsə atdırması,qaçqınkomun məsul şəxslərinə vermək üçün məcburi köçkünlərə tikilən mənzillərin verilməsinə görə bəlli şəxslərdən iri məbləğli pullar alıb vədinə yalan çıxıb aldatmasından şok faktlarla zəngin müraciətlərimizi Prezidentə,Birinci Vitse-Prezidentə,hüquq-mühafizə orqanlarına vətəndaş,KİV rəhbəri olaraq ünvanlayacağıq ki,Ağdamın sabiq icra başçısı,hibrid,aqronom-polkovnik,Raqub Allahverdi oğlu Məmmədovda törətdiyi qanunazidd,rüşvət,korrupsiya,dələduzluq əməllərinə görə qanun qarşısında cavab verib,haqq etdiyi layiqli cəzasını alsın! İnanırıq ki,Raqub Məmmdovun çoxsaylı mənəvi,maddi,rüşvət,korrupsiya,dələduzluq terroru əməllərinin qurbanlarının ümidlə gözlədikləri,haqqın-ədalətin qələbə çalacağı həmin proseslərdə tezliklə olacaq!Mövzu diqqətimizdədir,Raqub Məmmədov dəhşətlərindən,şok faktlarla zəngin digər yazılarımızda dərcə hazırlanır,nələr,nələr…Bizi izləyin.
Teylor Fətişoğlu.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ