Tora Düşən Insanlar, Çarəsiz Qalan Vətəndaş: Emil Səməndərov Niyə Cəzalandırılmır? – VİDEO
Tarix: 22-11-2022, 23:48
Baxılıb: 206
Google+ Paylaş
Tumblr Paylaş

Tora Düşən Insanlar, Çarəsiz Qalan Vətəndaş: Emil Səməndərov Niyə Cəzalandırılmır? – VİDEO

22-11-2022, 23:48

Azərbaycanda ev almaq istəyən vətəndaşları aldadaraq onların vəsaitlərini ələ keçirən dələduz şirkətlərə qarşı aparılan mübarizə hələ də gözlənilən nəticəni vermir.

Son illər hüquq mühafizə orqanlarının, xüsusən də Baş Prokurorluğun vətəndaşları aldadaraq vəsaitlərini mənimsəyən dələduz şirkətlərə qarşı apardıqları mübarizə bu acınacaqlı sahədə mühüm dönüş yaratsa da, hələ də dələduzluqla məşğul olan bəzi MTK-lar bu çirkin əməllərini davam etdirməkdədirlər.

Bu cür dələduz şirkətlərin, fırıldaqçı iş adamlarının toruna düşən çoxsaylı insanlar haqlarını tələb etmək və qarşılaşdıqları problemə diqqət ayrılması üçün Baş Prokurorluğun və Prezident Administrasiyasının qarşısında piketlər keçirirlər. Son aylar paytaxtda dələduz tikinti şirkətləri tərəfindən aldadılan payçıların etiraz aksiyaları Prezident Aparatı və Baş Prokurqluq orqanlarının qarşısında davamlı xarakter alıb.

Dəhşətli məqam isə budur ki, bəzi dələduz işbazlara görə rəsmi dövlət qurumlarının qarşısında keçirilən bu cür sosial aksiyalar müxtəlif xarici media orqanları tərəfindən siyasiləşdirilir və beynəlxalq təşkilatların hesabatlarına daxil edilir. Məhz bu kimi dələduz, fırıldaqçı iş adamlarına görə Azərbaycanda son illər aparılan sosial islahatlara rəğmən ölkə hələ də beynəlxalq hesabatların reytinqində nəinki irəliləmir, əksinə daha da geri gedir.

Qeyd edək ki, vətəndaşları aldatmaqda adı daha çox hallanan şirkətlərdən biridə “Proqress 2016” MTK-dır. Emil Səməndorv adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərən “Proqress 2016” MTK–nın vətəndaşları aldatması barədə ölkə mətbuatında onlarla məlumatlar, müraciətlər mövcuddur. “Proqress 2016” MTK və bu şirkətin rəhbəri Emil Səməndərov barəsində edilən çoxsaylı şikayətlərə, müraciətlərə baxmayaraq, nədənsə Emil Səməndorava dəyib dolaşan yoxdur. Sanki “Proqress 2016” MTK-nın insanlara yaratdığı problem başqa ölkədə baş verirmiş kimi ölkənin hüquq-mühafizə orqanları və eləcə də digər aidiyyatı rəsmi qurumların heç biri ciddi tədbir görmürlər.

Abşeron rayon Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan “Proqress 2016” MTK indiyə qədər onlarla vətəndaşı aldadaraq, onların pullarını mənimsəyib. Bir evi bir neşə şəxsə satan Emil Səməndorovla bağlı hüquq-mühafizə orqanlarına edilən şikayətlərə baxmayaraq, şirkət rəhbəri cəzalandırılmır. Məhz Emil Səməndərovun və onun rəhbərlik etdiyi MTK-nın cəzasız qalması vətəndaşlarda bu şirkətin və rəhbərliyinin arxasında güclü himayəçisi olduğu fikrini formalaşdırır.

Bu hal isə özlüyündə ölkə vətəndaşlarının dövlət orqanlarına, ədalət anlayışına olan inamının itməsinə aparır. Əlbəttə ki, dövlətimizin yaşadığı indiki həssas dönəmdə ölkə vətəndaşlarının inamını hansısa dələdiz şirkətə görə itirmək olmaz. Ona görə də bu cür məsələlərdə rəsmi qurumlar, əsasən də hüquq mühafizə orqanları daha həssas olmalı, qanunun qorunması istiqamətində daha çevik davranmalıdırlar.

Onu da bildirək ki, “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov bu vaxta kimi ən azı iki dəfə dələduzluq əməllərinə görə məhkum olunub. “Proqress-2016” MTK-nın hazırki sahibi Emil Səməndərov yüzlərlə insanın etibarından istifadə edərək, onları aldatmış və haqqında Cinayət Məcəlləsinin 178.2.4 maddəsi üzrə açılmış cinayət işi bu günə qədər yekunlaşmamışdır. Həmçinin Emil Səməndərov 2014-cü ildə dələduzluq əməli törətmiş Sabunçu rayon polisi tərəfindən tutulmuş və daha sonra sərbəst buraxılmışdır.


Bundan başqa Emil Səməndərov 2015, 2016, 2017, 2018 və 2019-cu illərdə Şirvan rayon Məhkəməsində, Sabunçu, Sumqayıt , Binəqədi və s. rayon məhkəmələrində bir neçə dələduzluq maddəsi üzrə, habelə, 22.10.2018-ci ildə Səməndərov Emil Tofiq oğlunun AR CM-nin 178.2.4-cü maddəsi ilə (178.2.4 üzrə Dələduzluq və etibardan sui-istifadə, küllü miqdarda pulun mənimsənilməsi) təqsirli bilinib, Binəqədi rayon məhkəməsində məhkum edilməsinə dair qərar verilib. Ancaq hər dəfə hansısa bir qüvvə son anda Emil Səməndərovu qoruyaraq, onun dəmir barmaqlar arasında cəzasını çəkməsinin qarşısnı alıb. Onlarla vətəndaşı aldadaraq onların vəsitlərini ələ keçirən Emil Səməndərovla bağlı dəfələrlə vətəndaşlar Abşeron rayon Prokroluğuna və Baş Prokroluğa şikayətlər, müraciətlər ünvanlasalarda, sonunc dəyişməyib. Yəni “Proqress 2016” MTK rəhbəri aldatdığı vətəndaşların pulları ilə əlini salaya-sallaya rahat şəkildə “kefini sürür”.//Azfakt.com//


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ