Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Agentlik sədri: “Azərbaycanda koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb”
Agentlik sədri: “Azərbaycanda koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda koronavirusa yoluxan uşaqların vəziyyətini açıqlayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən Agentlik sədri qeyd edib ki, bu günə qədər ölkədə koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halı olmayıb:
“Onlar müəyyən müddətdən sonra test nəticələri 2 dəfə neqativ olduğu halda həkim nəzarəti altında evə buraxılırlar”. 
Qeyd edək ki, Azərbaycanda ümumilikdə virusa yoluxanların 5%-i 0-9 yaş, 6%-i 10-19 yaş arası olan şəxslərdir. 

Şərhlər