Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ukrayna ilə bağlı şok sövdələşməyə hazır olun - ABŞ-ın vitse-prezidenti bəyan etdi
Ukrayna ilə bağlı şok sövdələşməyə hazır olun - ABŞ-ın vitse-prezidenti bəyan etdi

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar şok razılaşmaya gətirib çıxaracaq.
reportyor.tv xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.
“Düşünürəm ki, bir çox insanı şoka salacaq sövdələşmə olacaq. O, (Tramp) “Hər şey masadadır, gəlin danışıqlar aparaq” deyəcək”, - ABŞ vitse-prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynanın hansı hissəsinin Rusiyanın tərkibində qalacağını və ya ABŞ və digər Qərb müttəfiqlərinin Kiyevə hansı təhlükəsizlik zəmanəti verə biləcəyini söyləmək hələ tezdir. Siyasətçi aydınlaşdırıb ki, bu detallar sülh danışıqları zamanı işlənməlidir.
“Bir çox formalar və konfiqurasiyalar var, lakin biz Ukraynanın suveren müstəqilliyindən narahatıq”, - deyə o, yekunlaşdırıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti