Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İranla Livan arasında böhran: Ordu küçələrə çıxdı
İranla Livan arasında böhran: Ordu küçələrə çıxdı

İranın paytaxtı Tehrandan Beyruta getməsi gözlənilən təyyarəyə Livan icazə verməyib. "Hizbullah" tərəfdarları hadisəyə etiraz edib, Livan ordusu küçələrə axışıb.
reportyor.tv xəbər verir ki, bu barədə Livanın “En-Nahar” qəzeti yazıb.
Bildirilib ki, günorta saatlarında İrandan yola düşəcəyi gözlənilən təyyarəyə eniş icazəsi verilmədiyi üçün sərnişinlər Tehranın “İmam Xomeyni” Beynəlxalq Hava Limanından yola düşə bilməyiblər.
"Hizbullah" tərəfdarları sözügedən hadisəyə sərt reaksiya verib. Beyrutda “Rafik Həriri” Beynəlxalq Hava Limanının qarşısına toplaşan etirazçılar "Hizbullah" bayraqları tutublar və şüarlar səsləndiriblər. Ordunun vəziyyəti nəzarət altına almağa çalışdığı qeyd olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti