Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - VİDEO/TƏFƏRRÜAT
Yaşlı kişini öldürüb, ayağına daş bağlayıb suya atdılar - VİDEO/TƏFƏRRÜAT

Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
reportyor.tv "Baku" TV-yə istinadla məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.
Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb.
Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.
"İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub", - deyə yaxını bildirib.
Ətraflı süjetdə:

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti