Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Əfsanə ABŞ-ı Ukraynanı satmaqda ittiham etdi
Əfsanə ABŞ-ı Ukraynanı satmaqda ittiham etdi

Əfsanəvi çex xokkeyçi Dominik Qaşek Səudiyyə Ərəbistanında Ukraynanın iştirakı olmadan keçirilən ABŞ-Rusiya danışıqları ilə bağlı fikirlərini bildirib.
reportyor.tv xəbər verir ki, Qaşek anti-Rusiya mövqeyi ilə tanınır. O, son açıqlamalarının birində Rusiya yığmasının 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarına buraxılmamasına çağırıb.
“Nə Aİ-nin, nə ABŞ-ın, nə də başqasının Ukrayna adından Rusiya ilə danışıqlar aparmağa zərrə qədər haqqı yoxdur, əgər o, özü buna icazə vermirsə. Bu cür hərəkətləri Rusiyadan özünü və Avropanı müdafiə edərək həyatını təhlükəyə atan bir ölkəyə xəyanət hesab edirəm.
Söhbət həm də ölkəmizi müdafiə etməkdən getdiyindən, belə hərəkətləri ölkəmizə, Çexiyaya xəyanət hesab edirəm”, – Qaşek sosial şəbəkədə yazıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti