Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Nazirlik nümayəndələri Arif Babayevin evində - FOTO
Nazirlik nümayəndələri Arif Babayevin evində - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.
reportyor.tv xəbər verir ki, nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.
Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.
Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti