CHP İmamoğlunun yerinə onu GƏTİRİR
Tarix: 26-03-2025, 09:49
Baxılıb: 126
Google+ Paylaş
Tumblr Paylaş

CHP İmamoğlunun yerinə onu GƏTİRİR

26-03-2025, 09:49

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İBB Başqan Vəkili üçün göstərəcəyi namizəd müəyyənləşib. Qərarın bu gün yerli vaxtla saat 13:00-da keçiriləcək bələdiyyə məclisi toplantısında veriləcəyi gözlənilir.

Reportyor.tv "Haberler.com"a istinadən xəbər verir ki, kulis məlumatlarına görə, bu vəzifəyə Nuri Arslan namizəd göstəriləcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məclisi 314 üzvdən ibarətdir və partiyalar üzrə bölgü aşağıdakı kimidir:

  • CHP – 185 üzv

  • AKP – 120 üzv

  • MHP – 6 üzv

  • BBP – 2 üzv

Əvvəlcə CHP daxilində Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş, Böyükçekmece Bələdiyyəsinin sədri Hasan Akgün və Eyüpsultan Bələdiyyəsinin sədri Mithat Bülent Özmen kimi adlar namizəd kimi nəzərdən keçirilsə də, seçkiyə az qalmış əsas namizəd Nuri Arslan olub.

Jurnalist və keçmiş CHP millət vəkili Barış Yarkadaş sosial media hesabında açıqlama verərək, CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. Yarkadaş, CHP-nin sədr müavini Gökan Zeybekin məclis üzvləri ilə görüşdə "Namizədimiz Nuri Arslandır" dediyini vurğulayıb.

Jurnalist Şaban Sevinç isə sosial media hesabında paylaşım edərək: "Əkrəm İmamoğlunun yerinə İBB Məclisi 1-ci Başqan Vəkili Nuri Arslan gəlir" ifadəsini işlədib.

Nuri Arslan Kimdir?

Nuri Arslan, 1969-cu ildə Sivas şəhərində doğulub. İlk və orta təhsilini İstanbulda tamamladıqdan sonra 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik Fakültəsinin Gəmi İnşaatı (Gəmi Maşınları) bölümünü bitirib.

Karyera:

  • 1999-2004 – Küçükçekmece Bələdiyyə Məclis Üzvü

  • 2009-2017 – Türk Qızıl Aypara (Kızılay) Küçükçekmece Başqan Vəkili

  • 2014-2018 – Beylikdüzü Sənaye və İş Adamları Dərnəyi (BEYSİAD) Başqanı

  • 2014-2021 – İstanbul Sənaye və İş Adamları Federasiyası (İSİFED) İdarə Heyəti Üzvü

  • 2009-2020 – Sivas Koyulhisar və Köyləri Xeyriyyə Vəqfi (KODAV) Başqan Vəkili

  • 2011-2019 – Beylikdüzü Şəhər Şurası İcra Komitəsi Üzvü

  • 2019-2024 – Beylikdüzü Bələdiyyəsi və İBB Məclis Üzvü

  • 31 Mart 2024 – Beylikdüzü və İBB Məclisinə yenidən seçildi

  • 15 Aprel 2024 – İBB Məclisi 1-ci Başqan Vəkili seçildi

Ailəlidir, 3 övladı var.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ