Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycandan Ermənistana ÇAĞIRIŞ
Azərbaycandan Ermənistana ÇAĞIRIŞ

Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.
“Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı qətnamənin qəbul edilməsini alqışlayır”, - məlumatda vurğulanıb.

Şərhlər