Kişi qısqanclıq zəminində onu bıçaqlayan sevgilisi ilə evlənmək qərarına gəlib.
reportyor.tv xəbər verir ki, hadisə Rusiyanın Rostov vilayətində baş verib.
Məlumata görə, uzun müddətdir görüşən Yana və Artur arasında qısqanclıq səbəbilə mübahisə yaranıb. Yana Arturun rəfiqəsinə həddindən artıq diqqət yetirdiyini düşünüb. Kişi isə ittihamları rədd edib. Yana bir anda bıçağı götürərək kişini boynundan yaralayıb.
Artur xəstəxanaya yerləşdirilib. Sevgilisi isə bıçağı evin yaxınlığındakı qaba atıb və onu xəstəxanada ziyarət edib.
Məhkəməyə çıxarılan qadın bunları söyləyib: "O, mənə qarşı kobudluq etdi və məni itələdi. Bu, məni çox incitdi".
Artur isə hakimdən sevgilisini cəzalandırmamağı xahiş edib. O, hətta Yanaya evlilik təklifi də edib.
Məhkəmə isə qadını təqsirli bilib və onu 1,5 il şərti cəzaya məhkum edib.