Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Anti-Tramp” ticarət sazişləri imzalamalıyıq! - Aİ-yə çağırış
“Anti-Tramp” ticarət sazişləri imzalamalıyıq! - Aİ-yə çağırış

Avropa İttifaqı Vaşinqtonla ticarət məsələlərində qarşıdurmadan qorxmamalıdır.
reportyor.tv xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarını elan etməsini şərh edən Avropa Xalq Partiyasının (AXP) və onun Avropa Parlamentindəki fraksiyasının lideri Manfred Veber deyib.
"Aİ özünün Tramp tərəfindən sıxışdırılmasına icazə verməyəcək. Aİ razılaşmaya hazırdır, lakin bu, bərabər şərtlərdə olmalıdır", - deyə o qeyd edib.
Manfred Aİ-nin "hərbi baxımdan deyil, iqtisadi baxımdan fərqli bir liqada oynadığını" söyləyib.
"Biz Tramp əleyhinə yeni ticarət sazişlərinə imza atmalıyıq. Cənubi Amerika ilə müqavilə bağlamalı və Hindistanla ticarət razılaşmasına nail olmalıyıq" - deyə o vurğulayıb.

Şərhlər