Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
Tarix: 6-04-2025, 11:11
Baxılıb: 99
Google+ Paylaş
Tumblr Paylaş

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

6-04-2025, 11:11

Milyarderlərin sayına görə lider olan şəhərlərin siyahısı açıqlanıb.

Siyahıda birinci yeri 123 milyarderlə  Nyu-York şəhəri tutub. Məlumata görə, şəhərdə son 1 ildə milyarderlərin sayı 13 nəfər artıb. Şəhərin ən zəngin adamı isə 105 milyard dollar sərvətə sahib olan Maykl Blumberqdir. O, bu şəhərin keçmiş meri, iş adamı və xeyriyyəçidir.

Dünya milyarderlərinin sayına görə ikinci yeri yerdə Moskva qərarlaşıb. Hazırda Rusiyada 90 milyarder yaşayır. Rusiyalı iş adamları arasında ən zəngini 28,7 milyard dollara sərvətə sahib Vahid Ələkbərovdur. Xatırladaq ki, o "Lukoyl”un təsisçisidir. Qeyd edək ki, Rusiyada yaşayan milyarderlərin sayı 1 ildə 16 nəfər artıb.

Üçüncü yerdə isə Honq Konq gəlir. Belə ki, bu şəhərdəki milyarderlərin sayı 72-dir. Bu şəhərdəki milyarderlərin sayında azalma olub, 2 nəfər azalıb. 
Milyarderdərlərin sayına görə şəhər sıralamasında Pekin, Mumbay, Sinqapur, Şanxay, San-Fransisko yer tutub. Onuncu yerdə isə Los-Anceles qərarlaşıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ