Dağıstanın Akuşinski rayonunda böyük meşə yanğını baş verib.
reportyor.tv xəbər vrerir ki, hadisə yerindən kadrları “Dağıstanın səsi” Telegram kanalı təqdim edib.
Yanğının miqayası dəqiqləşdirilməsə də, yerli sakinlər onu “nəhəng” adlandırıblar.
Dağıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsi üçün işlər aparılır, lakin yanğın baş verən ərazilərin əlçatmazlığı ilə çətinləşir və bu, xüsusi texnikanın istifadəsini qeyri-mümkün edir.
Artıq dörd belə yanğın aradan qaldırılıb. 123 nəfər yanğınla mübarizə aparır.
İdarə qeyd edib ki, yanğın təkcə Akuşinskidə deyil, həm də ona bitişik Levaşinski rayonunda baş verir.