“Real” ingiltərəli müdafiəçi Trent Aleksander-Arnoldun transferini rəsmən elan edib.
reportyor.tv xəbər verir ki, 26 yaşlı futbolçu Madrid klubuna azad agent statusunda qoşulacaq. O, “Liverpul”la başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.
Trentin “Real”la müqaviləsi 1 iyun 2025-ci ildən 30 iyun 2031-ci ilə qədər qüvvədə olacaq. İngiltərəli müdafiəçi yeni komandası ilə birlikdə 14 iyunda ABŞ-da start götürəcək klublararası dünya çempionatında (KDÇ) iştirak edəcək.
Heybət
