Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » "Azərbaycanfilm" kinostudiyasındakı yanğınla bağlı araşdırma aparılır
"Azərbaycanfilm" kinostudiyasındakı yanğınla bağlı araşdırma aparılır

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.
Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti