
Sumqayıt şəhərində Babək prospektində yerləşən “Green house” şadlıq sarayında yanğının söndürülməsinə FHN-in 7 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
Reportyor.tv yerli bürosu xəbər verir ki, yanğın 500 kvadrat metr ərazini əhatə edib.
Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır. Xəsarət alan yoxdur.
Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, şadlıq sarayı təmirlə əlaqədar fəaliyyətdə olmayıb.
Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Reportyor.tv FHN-dən bildirilib.
Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Nazirlikdən Reportyor.tv verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Reportyor.tv verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Şərhlər