Bir gecədə 3 ev YANDI
Tarix: 3-06-2020, 09:33
Baxılıb: 135
Google+ Paylaş
Tumblr Paylaş

Bir gecədə 3 ev YANDI

3-06-2020, 09:33

Bakıda və rayonlarda yanğın hadisələri baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.
Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Həmçinin Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göyçay rayonunda da yanğın hadisəsi qeydə alınıb.
Ümumi sahəsi 200 molan yardımçı tikilinin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ