"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun son illər hardan və necə əldə etdiyi gəlirlər barədə bəzi iddialar sosial şəbəkələrdə yer almaqdadır.
Media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki, “Azərişıq” ASC-nin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan. İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür.
Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir "deklorasiya" tələb olunarsa, “Azərişıq” rəhbərinin də milyonları necə əldə etməsi ortaya çıxar. Ən maraqlısı da odur ki, Prezidentin yüksək etimad göstərdiyi V.Əhmədovun kabinet idarəçiliyi ASC-də ciddi nöqsanlara yol açmaqdadır.
Daxil olan məlumatda bildirilir ki, paytaxt və ətraf rayonlarda yeni tikilən yaşayış evlərin müvafiq sənədləri olmadığı üçün qanunsuz işıq sayğaclarının qoyulması 3-4 min manata başa gəlir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu qanunsuz özəl sistemə əsasən bir fərdi yaşayış evinə sayğacın quraşdırılması üçün 2500-3000, bəzi hallarda 4.000 min manat aralığında başa gəlir. Ölkə ərazisində tam mülkiyyət hüququna malik olan sənədli evləri çıxmaq şərti ilə digər qanunsuz tikilən fərdi yaşayış evlərinin sayı-hesabı olmadığı hər birimizə bəllidir. Görünən odur ki, bütün qeyd etdiyimiz nöqsanlara bir başa göstəriş verən şəxs "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun özüdür. İddialar və digər sübutlar onu deməyə əsas verir ki, qanunsuz fərdi yaşayış evlərinin sayğacla təmin edilməsi adi hala çevrilib. Əlbəttə ki, 3000 (üç min) manat və yaxud daha yuxarı məbləğ ödəyən vətəndaş razı salınmalıdır.
Məlumatda o da bildirilir ki, “Azərişıq” ASC-nin yerlərdəki vəzifəliləri rəhbərliyin xeyir-duası ilə bu prosesi bir neçə günə həyata keçirir. Bu prosesdən ən çox istifadə edən qanunsuz tikinti aparıb, fərdi yaşayış ev tikib satan "makler"lər yararlanır. Onlara qiymət bir az baha başa gəlsə də, başqa çarələrinin olmadığını deyirlər.
Bildirək ki, məsələ ilə bağlı əməkdaşlarımız paytaxtda və rayonlarda araşdırmalara başlayıb. “Azərişıq”ın sayğac biznesi ilə bağlı çox sayda faktları növbəti yazılarda işıqlandırmağa çalışacağıq.

Şərhlər