Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib12
Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib12

"Oskar" mükafatı laureatı, məşhur aktrisa Nikol Kidman karyerası ərzində çəkiliş meydançasındakı ən pis öpüşmə təcrübəsindən danışıb.

Repprtyor.tv-nin "Las Culturistas" podkastına istinadla verdiyi məlumata görə, 58 yaşlı ulduz bu hadisənin 2017-ci ildə ""Big Little Lies" serialının çəkilişləri zamanı həmkarı Aleksandr Skarsqardla yaşandığını bildirib.

Aktrisa etiraf edib ki, həmin səhnələrdən əvvəl Skarsqard onun qoxusuna dözə bilmədiyi falafel sendviçi yeyibmiş.

Kidman həmin anları xatırlayaraq deyib:

"Düşündüm: Yox, yox, yox, Aleks. Sənə aşiq olmalı və öpməliydim — falafeli dərhal yığışdır".

Səhnə çəkildikdən sonra aktrisa tərəf müqabilindən intim epizodlardan əvvəl bir daha falafel yeməməsini tələb edib.

Nikol Kidman vurğulayıb ki, ağızdan gələn xoşagəlməz qoxu onun üçün böyük bir maneədir və qarşısındakı şəxs dünyanın ən möhtəşəm kişisi olsa belə, belə bir vəziyyətdə ondan imtina edər.

Aktrisa, həmçinin zarafatla əlavə edib ki, koronavirus infeksiyasından sonra müvəqqəti olaraq iybilmə qabiliyyətini itirdikdə "nəhayət azad olduğunu" hiss edərək rahatlayıb.

Qeyd edək ki, bir qədər əvvəl Kidmanın Kit Urbanla boşanmasından sonra tərəf müqabillərinə qarşı irəli sürdüyü sərt tələblər və Sidney şəhərindəki mənzilini satması barədə məlumatlar yayılmışdı.

Publila.az


Şərhlər