
Müğənni Pünhan Piriyev Hacıqabulda həbs edilib...
Reportyor.tv xəbər verir ki, bu barədə AzFakt.com xəbər portalına daxil olan məlumata görə dünən Hacıqabul rayon İcra Hakimiyyətinin Ramazan bayramı günü münasibətilə Qədirxum ailəvi istirahət mərkəzində keçirilən iftar məclisinə dəvət alan müğənni Pünhan Piriyev tədbirdən sonra həbs edilib. Müğənninin həbs edilmə səbəbi isə iftar məclisindən sonra onu tədbirə dəvət edən icra başçısı Sevindik Hətəmovla hansısa səbəbdən ucadan danişmasi olub. Məlumata görə Pünhan Piriyevin başçı ilə danışdığı vaxt səsini ucaltmasi Sevindik Hətəmovu qəzəbləndirib və o hüquq mühafizə orqanlarına müğənninin həbs edilməsi tapşırığını verib. Digər məlumatda bildirilir ki, Pünhan Piriyev bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.






Şərhlər