Xəzərdə “it taunu” epidemiyası: suitilər kütləvi ölür
Tarix: 13-10-2021, 08:13
Baxılıb: 469
Google+ Paylaş
Tumblr Paylaş

Xəzərdə “it taunu” epidemiyası: suitilər kütləvi ölür

13-10-2021, 08:13

Quruda COVİD-19 pandemiyasının insanlara həyati təhlükə yaratdığı bu günlərdə Xəzər sahillərində suitilərin cəsədləri aşkarlanmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflyin Qorunması Xidmətinin rəsmisi Arzu Seyidova məlumat verib. Onun sözlərinə görə, Pirşağı sahillərində aşkar olunan cəsədlərin əksəriyyəti köhnədir.
“Bəzilərinin üzərində kəsici alət izləri aşkarlanıb. Məlumdur ki, balıqçı torlarına düşüblər. Suitilər əslində bu mövsümdə Xəzərin şimal hissəsində, Rusiya və Qazaxıstan sahillərində olurlar. Bizim sahillərdə isə az bir qismi qalır. Bəzən yaşlı suitilər özlərini qayalara çırparaq, tələf olurlar və dalğa onları sahilə gətirir. Buna görə suitilərin hamısının brokonyerliyin qurbanı olduğunu demək olmaz”.
Rusiya tərəfinin araşdırmalarına görə, hazırda Xəzərdə 300 min baş suiti var. Ancaq Böyük Britaniya tədqiqatçıları bildirirlər ki, burada 110 min suiti var. Azərbaycanlı mütəxəssislər daha çox britaniyalı araşdırmaçıların hesablamaları ilə razılaşırlar. Deyirlər ki, hazırda Xəzərdə olan suitilərin köç mövsümü başlayıb. Suitilər Rusiya sahillərinə doğru miqrasiya edirlər. Köç mövsümündə isə heyvanların ölüm halı əvvəlki dövrlərdən daha çox olur.
Mütəxəssislər deyir ki, payız-qış ayları bu canlılarda nəsilartırma mövsümüdür. Dekabr-yanvar aylarında Xəzərin şimal sahillərində buzların üzərində heyvanların balalama dövrü başlayır. Miqrasiya dövründə yaşlı heyvanlar arasında saatlarla üzməyə tab gətirməyib ölənləri də olur. Dəniz axını onları Xəzərin qərb sahillərinə gətirib çıxarır. Bəzi hallarda Pirşağı ilə yanaşı, Mərdəkan, Bilgəh sahillərində onların cəsədlərini görə bilirik.
Mütəxəssislər qeyd edirlər ki, Xəzərdə olan suitiləri digərlərindən fərqlənir. Digər su hövzələrində suyun duzluluq səviyyəsi 30-40 promildir. Yəni duzun bir litr suda olan kütləsi Xəzərdə  olan 12-13 promildən 2-3 dəfə artıqdır. Xəzər suitiləri yuxarı duzluluqda yaşaya bilmir. Yada salaq ki, Azərbaycan 1954-cü ildən suitilərin ovunu dayandırıb, Rusiya və Qazaxıstanda isə bu heyvanların ovlanmasına kvota tətbiq olunub. Suitilərin kütləvi ölüm halları 2001-2002-ci illərə təsadüf edib. Həmin illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı. O zaman  aparılan tədqiqatların nəticələrinə görə, Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmdə immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olmuşdu. Bu yoluxma kütləvi epidemiyaya səbəb olmuş və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnmişdi. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, son illər sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir. Mütəxəssislər suitilərin ölməsində “it taunu” epidemiyasını istisna edirlər. Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən, dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ